“Zirə” PFK 3 futbolçusu ilə müqavilə müddətini uzadıb. 

Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, Qismət Alıyevlə 2, Anar Nəzirovla isə 1 illik yeni müqavilə bağlanılıb. 

Bundan başqa ötən mövsümü icarə əsasında “Zirə”də keçirən Fuad Bayramovu isə komanda “Şamaxı”dan transfer edib. Müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.